PREZİDENT VƏ BİRİNCİ XANIM “AĞILLI KƏND”İN AÇILIŞINDA İŞTİRAK EDİBLƏR
Baxış sayı: 526
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı və Birinci xanım əvvəlcə Ağalı kənd meydanı ilə tanış olublar. Kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fəvvarəni işə saldılar. Sonra dövlətimizin başçısı və Birinci xanım kənd meydanında yaradılmış Dövlət Xidmətləri Mərkəzi ilə tanış olublar. ənd ağıllı idarəetmə mərkəzi (situasiya mərkəzi) ilə tanışlıq zamanı SİNAM şirkətinin rəhbəri Elçin Əliyev Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya məlumat verdi ki, “Ağıllı kənd” üçün “ağıllı həllər” də nəzərdə tutulub. Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya ağıllı kənd layihəsinə dair stend təqdim olunub. Stendin təqdimatında Öz Ən Yanq şirkəti ilə birgə hazırlanan iqtisadi səmərəliliyin əsas məqamları, kəndin perspektiv inkişaf planı və kənd bazarının planı, həmçinin 3 nəfərədək ailənin məskunlaşması üçün tikilən şəhər evlərinin planı barədə məlumat verilib.