Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə tanış olublar.“Şahdağ” Turizm Mərkəzinə gələn dövlətimizin başçısı burada xizək sürdü,yerli və xarici turistlərlə söhbət etdi.
Turistlər “Şahdağ” Turizm Mərkəzində yaradılan şəraitdən razılıqlarını bildirdilər.Şahdağ” Turizm Mərkəzində görülən işləri yüksək qiymətləndirən dövlətimizin başçısı dedi ki, bura indi dünya səviyyəli xizək kurortudur.Burada həm peşəkarlar, həm də yeni başlayanlar üçün çox rahat enişlər var.Gələcəkdə kompleksin genişləndirilməsi ilə bağlı əlavə planlar olacaq.Dövlətimizin başçısı ən hündür nöqtədə tikilən “Shahdag 2351” kafesinin qarşısında yaradılan şəraitlə tanış oldu.Məlumat verildi ki, burada baxış meydançası yaradılıb,ərazidə ehtiyat helikopter meydançası inşa edilib,hündürlüyü 30 metr olan bayraq dirəyi quraşdırılıb.Bundan əlavə Dövlətimizin başçısına və birinci xanıma qeyd olundu ki, “Şahdağ” Turizm Mərkəzinin “Main Plaza” adlanan ərazisində 2 zalı olan yeni kinoteatr inşa edilib,dördxətli boulinq, uşaq boulinqi, bilyard və avtomat oyunlardan ibarət oyun zalı yaradılıb,“Music Hall” inşa edilib.Prezident İlham Əliyev “Şahdağ” Turizm Mərkəzinin üçüncü mərhələsi üzrə layihə işləri ilə bağlı tapşırıqlarını verdi.Dövlətimizin başçısı və xanımı turistlərlə, kompleksin işçiləri ilə xatirə şəkilləri çəkdirdilər.Şahdağ” Turizm Mərkəzində inşa edilən otellərdə təqdim edilən yüksək şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını bir daha təsdiqləyir və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını göstərir.Ölkəmizdə qeyri-neft sektoruna mühüm töhfə olan “Şahdağ” Turizm Kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur.Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə əraziyə gələrək tikintinin gedişi ilə tanış olub,bir neçə obyektin və otelin açılışında iştirak ediblər.