PREZİDENT İLHAM ƏLİYEV ÇİLİNİN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL EDİB

Prezidenti İlham Əliyev noyabrın 23-də Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rodriqo Arkosun etimadnaməsini qəbul edib. Dövlətimizin başçısı Azərbaycanla Çilinin beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli formatda əməkdaşlıq etdiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət, iqtisadiyyat sahələrində əlaqələrin qurulmasının önəmini vurğulayaraq biznes dairələri arasında əməkdaşlığın yaradılmasının vacibliyini bildirdi, bu baxımdan ölkələrimiz barədə məlumatların insanlara çatdırılmasının önəmini qeyd etdi.