PREZİDENT İLHAM ƏLİYEV UKRAYNANIN SABİQ PREZİDENTİ, İSRAİLİN SABİQ XARİCİ İŞLƏR NAZİRİNİ QƏBUL EDİB

Görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsinin önəmi vurğulandı. Pandemiyaya baxmayaraq, Bakıda yenidən təşkil olunan bu tədbirdə xeyli sayda nüfuzlu qonaqların iştirak etməsi Foruma və ölkəmizə olan marağın təzahürü kimi qiymətləndirildi. Söhbət zamanı tədbir iştirakçıları arasında səmərəli əməkdaşlığın həyata keçirilməsi də məmnunluqla qeyd edildi. Görüşdə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumunun önəminə toxunuldu, Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışının böyük maraqla qarşılandığı bildirildi. Vurğulandı ki, tədbirdə çox sayda mötəbər qonağın iştirak etməsi Qlobal Bakı Forumunun əhəmiyyətini bir daha nümayiş etdirir.