PREZİDENT İLHAM ƏLİYEV SƏMƏRQƏNDDƏ TÜRKİYƏ PREZİDENTİ İLƏ GÖRÜŞÜB
Baxış sayı: 438
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar. Elə həmin gün Səmərqənddə Prezident İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə əsaslanan dostluq və qardaşlıq əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bölgədə vəziyyət və təhlükəsizlik məsələləri müzakirə edildi, Soçi görüşünün nəticələri barədə fikir mübadiləsi aparıldı.