PREZİDENT GEOLOJİ PARKLARLA BAĞLI YENİ FƏRMAN İMZALADI

Əsasnaməyə əsasən, geoloji park xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təşkilat statuslu ərazidir.

Geoloji parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazidə olan torpaq, su, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir. Geoloji parkların hüdudlarında yerləşən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrindən Torpaq Məcəlləsi, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanun və bu Əsasnamə ilə müəyyənləşdirilmiş hüquqi rejimə riayət etməklə istifadə olunur. Təbiəti mühafizə, geoloji və coğrafi təbiət obyektlərini, nadir və etalon təbiət ərazilərini, geoloji irsi qoruyub saxlamaq şərtilə, geoloji parklardan elmi tədqiqat, mədəni-maarif və tədris tədbirləri, geoloji monitorinq, sağlamlaşdırma, təlim-tərbiyə, turizm və rekreasiya məqsədləri üçün istifadə edilə bilər. Geoloji parklarda onların məqsədli təyinatına, təbiət komplekslərinin və obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan şərtlərlə başqa fəaliyyət növləri həyata keçirilə bilər.