Nağdsız ödənişlərdən istifadə edirikmi? Ölkəmizdə ödəniş kartları istifadəçilərinin sayı ilbəil artmaqdadır.Əksər müəssisə və təşkilatlarda, təhsil və səhiyyə sahələrində işləyənlərin əməkhaqları, pensiya və müavinətləri həmin şəxslərin bank hesablarına daxil olur.
Onlar da bu vəsaitdən ödəniş kartları vasitəsilə müxtəlif əməliyyatlar aparırlar. Bəs görəsən sakinlər neçə nağdsız ödənişlərdən istifadə edirmi? Hazırda dünyada nağdsız ödəniş sistemlərindən geniş istifadə olunur.Adıçəkilən ödənişlərin aparılmasında POS-terminalların rolu əvəzsizdir. Məlumat üçün bildirək ki, ödəniş kartı ilə ticarət mərkəzlərində, mağazalarda, iaşə obyektlərində aparılan ödənişlər elektron ödəniş aləti olan POS-terminal vasitəsi ilə həyata keçirilir. POS-terminal kart vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, valyuta mübadiləsi əməliyyatlarının aparılması, habelə nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıqdır.Əhali arasında sorğu keçirdik,onların nağdsız ödənişlərdən istifadə edib etmədikləriylə maraqlandıq. POS-terminal həm ödəniş kartı sahibləri, həm də biznes subyektləri üçün faydalıdır. İstehlakcı hüquqları üzrə mütəxəssislərin bildirdiyinə görə ,sizdən bank kartını gəbul etməyib nağd pulla ödəniş tələb edilirsə, dərhal Vergilər Nazirliyinin 195 çağrı mərkəzinə məlumat verməlisiniz."Burada iki vacib məqam var. Yanvar ayının 1-dən nağdısız qaydada ödənilmiş ƏDV-nin 15 faizinin, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizinin geri qaytarılması ilə bağlı Vergi Məcəlləsinə yeni müddəa da əlavə edilib. Hazırda bu prosesin başlaması üçün müvafiq hüquqi, təşkilatı işlər davam edir.