PLASTİK STƏKANLARIN İSTİFADƏSİNİN QARŞISINI ALACAQ YENİ QURĞU HAZIRLANIB.

 “Carlo Ratti Associati “beynəlxalq dizayn firması birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik stəkanların qarşısını almaq üçün davamlılığı və yenilikçi yanaşmanı özündə cəmləşdirən yeni qurğu hazırlayıb.

“Carlo Ratti Associati “beynəlxalq dizayn firması portağal suyu istehsalında istifadə olunan portağal qabıqlarını bioplastik şüşəyə çevirən "Feel Peel" adlı portağal suyu istehsal edən maşın hazırlayıb. Təzə sıxılmış suyu sifariş etdikdə yenilikçi maşın işə başlayır. Sıxılmış portağalların qabığı maşının altındakı kiçik bir anbarda yığılır.Qabıqlar quruyur, qurğu onları üyüdür və bioplastik meydana gətirmək üçün polilaktik turşu ilə qarışdırır. Sonra bu qarışığı qızdırır ,əridir və daxili bir 3D printerə filament olaraq göndərir.Sonra isə bu bioplastikdən hazırlanan stəkanlarda sıxılmış portağalların suyunu təklif edir. Hazırlanan prototip şirəçəkən, 2,74 metr uzunluğundadır.Günbəzi 1500 portağalın bir yerdə saxladığı dairəvi rəflərdən ibarətdir. Yenilikçi bir prototip, sıfır tullantı iqtisadiyyatının bir hissəsi ola biləcəyini göstərən bir araşdırmadır. Xatırladaq ki,Feel Peel portağal suyu satan maşın, İtaliyanın Rimini şəhərində bir tədbirdə təqdim edilib.