PEZEŞKİANIN AZƏRBAYCAN XALQINDAN ÜZR ISTƏYƏCƏYİ GÖZLƏNİLİR
Baxış sayı: 10
ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianın üzrünü şərh edərək bildirib ki, bərbad vəziyyətdə olan İran Yaxın Şərqdəki qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib.
Bu barədə Ağ Ev rəhbəri "Truth Social"da yazıb.
"İran qonşulara daha atəş açmayacağına söz verib. Bu söz yalnız ABŞ və İsrailin amansız hücumu sayəsində verildi. Onlar Yaxın Şərqi ələ keçirmək və orada hökmranlıq etmək istəyirdilər. Bu, min illər ərzində İranın ilk dəfə ətraf Yaxın Şərq ölkələrinə məğlub olmasıdır".
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian Müvəqqəti Rəhbərlik Şurasında martın 7-də İranın hücum etdiyi qonşu ölkələrdən üzr istədiyini deyib. İran prezidenti qeyd edib ki, Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və həmin ölkələrdən İrana hücum olmasa, raket atmamaq barədə qərar qəbul edib.
Xatırladaq ki, ötən gün İran Prezidenti Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı İranın Azərbaycana qarşı heç bir hücum həyata keçirmədiyini deyib.
Bu barədə bilgini “Tasnim” yayıb.Pezeşkian İranın heç vaxt Azərbaycana qarşı hərbi əməliyyatlar aparmadığını və Cənubi Qafqazda vəziyyəti qeyri-sabitləşdirməkdə maraqlı olmadığını vurğulayıb. Onun Azərbaycan Prezidentinə bu ümumi üzrxahlıqdan sonra zəng edəcəyi gözlənilir.
Qeyd edək ki, bu vaxta qədər İran Azərbaycan da daxil olmaqla 15 ölkəyə raket və dron hücumu edib.
