Paşinyan yaxın günlərdə Qarabağda bir erməninin də qalmayacağını bildirib, buna görə Azərbaycanı “etnik təmizləmədə” ittiham edib. Ermənilərin kütləvi köçünün
arxasındakı səbəblərdən biri də məhz Bakıya qarşı beynəlxalq səviyyədə kampaniya aparmaq planı dayanır. Bu kampaniyada əsas motiv kimi “deportasiya” iddiası istifadə olunacaq, İrəvan bununla Bakının Qərbi Azərbaycan məsələsini, azərbaycanlıların öz yurdlarına qayıtmasını danışıqlar masasına daxil etməsinə qarşı əks-gediş hazırlayır. Bu arada NEWS.AM saytının yaydığı bilgiyə görə Ermənistanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb : “Dağlıq Qarabağdan məcburi köçkün düşmüş qardaş və bacılarımızın təcili ehtiyacları üçün yaşından asılı olmayaraq onların hər birinə dövlət büdcəsindən 100 min dram pul ayıracağıq”. Siyasi ekspertlərin fikrincə, ermənilərin Ermənistana qayıtması prosesinin təşkili Azərbaycanın mümkün kampaniyalara qarşı hazırlaşdığını göstərir. Belə ki, rəsmi Bakının əlində Ermənistanın “etnik təmizləmə”, “deportasiya” iddiaları üzərindən irəli sürəcəyi ittihamlara qarşı tutarlı arqumentləri var. Bu baxımdan, İrəvan iddialarını beynəlxalq strukturlara çıxarmağa nail olsa belə, nəticə əldə edə biləcəyi çətin görünür.