PAŞİNYANI TƏHQİR EDƏNLƏR GÜLLƏLƏNİB?

İyunun 19 – da Ermənistanın Araqatsotn rayonunun Niqavan kəndində atışma olub. Silahlı insident nəticəsində 7 nəfər yaralanıb. Məlumata görə yaralılardan ikisi xəstəxanada dünyasını dəyişib. Polis insidentin məişət zəminində baş verdiyini bildirib. Ölənlərdən biri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşıdır. "Politik.Am" saytı iddia edir ki, “Vətəndaş sazişi”partiyasının üzvlərindən biri Baş Nazir Nikol Paşinyanı təhqir edən gəncləri atəşə tutub.Nəşrin məlumatına görə atışma zamanı koloşnikov avtomatından istifadə olunub. Qeyd edək ki, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları cinayətin motivlərini araşdırır.