Ötən gün sərhəddə baş verən atışmadan sonra yenə də xalqa səlis məlumat verilmədi. bu barədə erməni KİV- ləri bilgi yayıb. "Sərhəddə döyüşlər gedir, amma
Paşinyan hakimiyyəti və Müdafiə Nazirliyi özünü “sülhsevər” kimi göstərir. Onlar deyir ki, biz atəş açmırıq, pilotsuz təyyarələrdən istifadə etməmişik, silahımız və təcavüzkar niyyətimiz yoxdur, davranışınızdan asılı olmayaraq sülhsevərik. Sonra hakimiyyət komandası erməni mətbuatını danlamağa, nəsihət etməyə başladı ki, bu haqda yazmayın, Tex və Vardenisdə baş verənləri ictimaiyyətə çatdırmayın, çünki Müdafiə Nazirliyi rəsmi bilgi verəcək. Bütün bunlardan sonra isə deyirlər ki, hazırda bölgədə vəziyyət stabildir, Vardenisdə isə çəkiliş aparmırlar- deyə erməni mediası xəbər verir.Erməni KİV-ləri onu da qeyd edirlər ki,- Bu ört-basdırın məqsədi 2020-ci ildən bizə məlumdur ki, hakimiyyət camaat arasında panika yaranmasını istəmir. Baxmayaraq ki, İrəvanda yaşayan insanlar panikaya düşə bilirlər. “Çaxnaşma” sözünü deməməklə Paşinyan iqtidarı başa düşür ki, hakimiyyətdən narazılıq artmamalı, hakim komandanı söyməyə başlamamalı və yekun olaraq onların getmələrini tələb etməməlidir. Bəs niyə özlərinə haqq qazandırırlar ki, biz atəş açmırıq, pilotsuz təyyarələrdən istifadə etmirik. Bəlkə bu, həm də beynəlxalq ictimaiyyətə yönəlib? Belə çıxır ki, Ermənistan dövlət strukturlarının hələ də sülh gözləntiləri var. Ona görə də artıq biz qalib gələcəyik filan deməyin”. Siatın sonu.