PAŞİNYANA ALMA ATANI HANSI CƏZA GÖZLƏYİR?
Baxış sayı: 125
Albert Arstamyan Nikol Paşinyana alma atdığına görə ER Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan əməli törətməkdə ittiham olunub. Bu bilgini vəkil Roman Yeritsyan verib. “Ona evdən çıxma qadağası qoyulub. Arstamyan almanı atanın o olduğunu etiraf edib, lakin bu əməlin xuliqanlıq kimi qələmə verilməsi ilə razılaşmadığını bildirib. İstintaq əməliyyat tədbirləri davam edir. Cinayət Məcəlləsi ittiham olunana cinayət əməlinə görə bu cəzaları nəzərdə tutur: Maksimum 1.500.000 erməni dramı məbləğində cərimə və ya 2 ildən çox olmamaq şərti ilə azadlıqdan məhrum etmə və ya bir aydan artıq olmamaq şərti ilə cəzaçəkmə müəssisəsində qısamüddətli həbs – deyə vəkil Roman Yeritsyan əlavə edib.