PAŞİNYAN:” YENİ KONSTİTUSİYADA MÜSTƏQİLLİK BƏYANNAMƏSİNƏ İSTİNADLAR OLMAMALIDIR”
Baxış sayı: 5
Baş nazir Nikol Paşinyan öz Facebook səhifəsində canlı yayımda bildirib ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır.
"Yeni Konstitusiyada Bəyannaməyə istinad olmamalıdır deyəndə mən öz mövqeyimi açıq şəkildə bildirdim. Niyə? Cavab çox sadədir. Mən Qarabağ hərəkatının davam etməsinin qarşısının alınması zərurətindən çıxış edirəm.
Əgər biz bu gün yeni Konstitusiya qəbul etsək və preambulada Bəyannaməyə istinad olarsa, bu, Qarabağ hərəkatını davam etdirdiyimizi ifadə edəcək. Əgər biz Qarabağ hərəkatını davam etdirsək, bu, Azərbaycanla münaqişəyə yenidən başladığımıza işarədir. “Əgər biz Azərbaycanla yenidən münaqişəyə girsək, o zaman sülh mümkün olmayacaq”, - deyən Paşinyan bildirib. Erməni baş nazir onuda bildirib ki, Qərbi Ermənistan ifadəsi, Ermənistanla bağlı dənizdən-dənizə müzakirəsini qəbul etmək deməkdir. Onun fikrincə, burada əsas məqam odur ki, bu, praktikada “qərbi Azərbaycan”, “şərqi Türkiyə” və digərlərinn müzakirəsini aradan qaldırmaq deməkdir.
Qeyd edək ki, Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.
