PAŞİNYAN: “QARABAĞ HƏRƏKATI DAVAM ETMƏYƏCƏK”

Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 16-da jurnalistlərə müsahibəsi zamanı müxalifətin və Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Qarabağ səhifəsinin bağlanmaması və bu məsələnin siyasi gündəmə qaytarılması ilə bağlı bəyanatlarına dair i sualı cavablandırarkən deyib. “Mən bu bəyanatlara hələ onlar bunu verməmişdən əvvəl cavab vermişəm və demişəm ki, Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək”, - deyə Paşinyan əlavə edib. O, Serj Sarkisyanın hakimiyyəti ələ keçirməsi ilə bağlı açıqlamasına da münasibət bildirib. “Qoy Serj Sarkisyan o vaxtlar nə dediyinə baxsın” – deyə Ermənistanın baş naziri müsahibəni yekunlaşdırıb. Xatırladaq ki, ötən gün Ermənistan baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında “Ermənistanla Azərbaycan arasında yeni eskalasiya və hətta yeni müharibəni proqnozlaşdıran bütün söhbətlərə cavab vermək istəyirəm. Müharibə üçün heç bir əsas yoxdur. Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin yolverilməzliyini tanıyıb- ifadələrini işlədib. “Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdirlər. Müharibə olmayacaq, sülh olacaq”, - deyə Paşinyan əlavə edib. Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsi razılaşdırılıb, saziş layihəsi üzrə danışıqlar başa çatıb. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb.