PAŞİNYAN TÜRKİYƏ İLƏ SƏRHƏDLƏRİN AÇILMASINI İSTƏYİR

Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına hazırdır. Bunu Almaniyada səfərdə olan Ermənistanın Baş Naziri Nikol Paşinyan deyib. Baş Nazir qeyd edib ki, Ermənistanın regionda sülhün bərqərar olması baxışının aspektlərindən biri Türkiyə ilə münasibətlərin tənzimlənməsidir. Biz ümid edirik ki, Türkiyə 90—cı illərin əvvəllərində bir tərəfli qaydada bağladığı sərhədi tam açacaq deyə- Paşinyan bildirib. Bununlada o, bu istiqamətə kiçik, lakin ümidverici addımlara işarə edib. Baş Nazir xatırladıb ki, 2022- ci ilin iyulunda Ermənistan və Türkiyənin xüsusi nümayəndələri hava yükdaşımaları yaratmaq və üçüncü ölkə vətəndaşları üçün dövlətlərarası sərhəddi açmaq barədə razılığıa gəliblər. Nəticədə 2023-cü ilin yanvarında ölkələr arasında birbaşa hava yüklərinə qoyulan qadağa aradan qaldırılıb. Baş Nazie ümid edir ki, tezliklə sərhəd üçüncü ölkə vətəndaşları üçün açıq olacaq. Paşinyan Türkiyə Prezidenti Rəcəb Taib Ərdoğanla 2022-ci ildə Praqada keçirilən görüşü də xatırladıb. Görüşdə tərəflər münasibətlərin normallaşdırılması perespektivlərini müzakirə ediblər. Ermənistanın Baş Naziri həmçinin İrəvanın Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı operativ reaksiyası barədə bilgi verib. O, humanitar yardım daşıyan konvoyların 30 il bağlı qalan quru sərhəddindən Türkiyə göndərildiyini bildirib.