PAŞİNYAN SOÇİ GÖRÜŞÜNDƏN SONRA İRANA GEDİB
Baxış sayı: 510
Ermənistanın Baş Naziri Nikol Paşinyan İrana işgüzar səfərə gedib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bilgi verib. Bildirilib ki, Paşinyanın Tehranda İran Prezidenti İbrahim Rəisi ilə görüşü gözlənilir. Məlumata görə görüşdə ikitərəfli və regiaonal məsələlər müzakirə olunacaq. Xatırladaq ki, 2022- ci ilin oktyabrında iranın Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahyan İrəvana səfəri zamanı Baş Nazirin başçılıq etdiyi Ermənistan nümayəndə heyətini Tehrana dəvət edib. Onu da qeyd edək ki, Nikol Paşinyan sonuncu dəfə İranda 2021 – ci ilin avqustunda səfərdə olub.