PAŞİNYAN PUTİNƏ ZƏNG EDİB

Vladimir Putin Paşinyanla Azərbaycan – Ermənistan münasibətlərini müzakirə edib. Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Kremlin mətbuat xidmətindən verilən bilgiyə görə telefon danışığı Paşinyanın təşəbbüsü ilə baş tutub. Bildirilib ki, tərəflər 10 noyabr 2020 – ci il, 11 yanvar və 26 noyabr 2021- ci il tarixli üçtərəfli sazişlərin icrasının praktiki aspektlərini, o cümlədən Ermənistan – Azərbaycan sərhəddində təhlükəsizliyin təmin olunmasını, cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin bərpası məsələlərini müzakirə ediblər.