PAŞİNYAN NAZİRLƏRİ VƏ KOMİTƏ SƏDRLƏRİNİ NİYƏ İSTEFAYA GÖNDƏRDİ?

Ermənistan Respublikasının İstintaq Komitəsinin sədri Argişti Kyaramyan bəyanatla çıxış edərək istefasını elan edib. Ötən gün Daxili işlər naziri Vahe Kazaryan da istefa ərizəsi təqdim edib.Bu barədə bilgini "Shamshyan.com" yayıb.Ermənistan mətbuatının yaydığı digər bilgiyə görə istefa ərizəsi yazanlar arasında Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan, Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan da var. Erməni seqmentinə aid sosial şəbəkələrdə və erməni mediasında istefaların müxtəlif səbəbləri müzakirə olunduğu bir məqamda, Baş nazir Nikol Paşinyan açıqlama yayıb.”Hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə aparılan geniş müzakirələri nəzərə alaraq, bəzi yüksək vəzifəli şəxslərdən tutduqları vəzifələri tərk etmələrini xahiş etdiyimi bildirməyi vacib hesab edirəm. Belə bir xahişlə müraciət etməyimin səbəbləri şəxsi deyil, mənim ictimai şəkildə bəhs etdiyim sistemli məsələlərlə bağlıdır. Eyni zamanda, sözügedən tərəfdaşlarımızın dövlətçiliyimizin inkişafına verdikləri töhfələri inkar edə bilmərəm və hər birinə həm dəstəkləri, həm də xahişimi başa düşdükləri üçün təşəkkür edirəm”, - deyə Nikol Paşinyan sosial şəbəkələrdə yazıb.Qeyd edilir ki, bütün bu istefalar Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrinə verdiyi son “töhmət”dən sonra baş verməsi ilə əlaqədardır.