Ermənistan Baş naziri Nikol Paşinyan İrəvan küçələrində velosiped sürüb.Paşinyan yürüş zamanı çəkdiyi görüntüləri Feysbuk səhifəsində paylaşıb.“Eşq olsun velosipedə”, - deyə
Paşinyan bildirib. Habelə Paşinyan erməni xalqına müraciət də ünvanlayıb. Bunun üçün isə 4 şərt irəli sürüb: “Həmişə olmasa da, mən tez-tez bu cür işlər görürəm. Əgər qoşulmaq istəyənlər varsa, mən məmnuniyyətlə bunu təşkil edə bilərəm. Ancaq mənimlə birlikdə velosiped sürmək istəyənlərə 4 şərtim var. 1- ci qatılmaq istəyənin şəxsi velosipedi olmalıdır, 2-cisi marşrutu mən təyin edəcəm, 3-cüsü bu işi siyasiləşdirmək olmaz, 4-cü şərtimsə yürüşün 7-də başa çatmasıdır. Çünki iş günü başlayır”- deyə Nikol müraciətində bildirib.
Videoda erməni baş nazirin hərəkət etdiyi zaman Maştots prospektinin tamamilə boş olduğu də görüntülənib. Belə məlum olur ki, Paşinyanın velosiped sürməsi üçün prospekt tam bağlanıb.