PAŞİNYAN AZƏRBAYCANLA ƏLAQƏ YARATMAQ İSTƏYİR

Ermənistan oktyabrın 31-də üçtərəfli Soçi Bəyannaməsində nəzərdə tutulduğu kimi Azərbaycanla parlamentlərarası əlaqələr yaratmağa hazırdır. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı deyib. “Biz parlamentlərarası əlaqələr ideyasına müsbət yanaşırıq. Lakin siz üçtərəfli Soçi Bəyannaməsinə diqqət yetirmisinizsə, sənəddə belə əlaqələrin qurulması və inkişafı üçün mövcud atmosferin yaxşılaşdırılması nəzərdə tutulur”, - deyə Paşinyan bildirib. Nikol Paşinyanın sözlərinə görə, bütün səviyyələrdə olan nümayəndələrin parlament məsələlərini müzakirə etməsi üçün bir sıra məsələlərin həlli çox vacibdir.