Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisini tanıdığını bəyan etməsi erməni separatçılarının planlarını puç edib. Ölkə
daxilində baş nazirə qarşı etirazlar yenidən baş qaldırıb. Vəziyyət o həddə çatıb ki, Paşinyanın bu açıqlamasından sonra oğlu Aşot Paşinyanı oğurlamağa cəhd ediblər. Qeyd edək ki, mayın 19-u Moskvada Xİ nazirləri səviyyəsində üçtərəfli danışıqlar keçirilib. Ermənistanın Baş Naziri Nikol Paşinyan hökumətin mayın 18-də baş tutan iclasında bildirib ki, mayın 25-də Moskvada Ermənistan, Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. Nikol Pşinyan Azərbaycanın ərazi bütövlüyünü qəbul edən və tanıyan ilk Ermənistan rəhbəri kimi tarixə düşdü. Əvvəlki rəhbərlik, hərbi canilər, Qarabağ klanı Ermənistanda hakimiyyətdə olduqları zamanlarda Qarabağın Azərbaycanın ərazi bütövlüyü ilə heç bir əlaqəsinin olmadığını iddia edirdilər. Yəni 86,6 min kvadratkilometrlik ərazi qəbul edilmirdi.