PAŞİNYAN ALMA İLƏ QUMBARANI SƏHV SALDI
Baxış sayı: 125
İkinci qrup əlil olan 71 yaşlı Albert Arustamyan Ermənistanın Baş naziri Nikol Paşinyana alma atmaqda şübhəli bilinib. O, həbs edilərək Zeytun Polis İdarəsinə aparılıb. Onunla orada kobud və hörmətsiz rəftar edilib, səhəri gün isə o, Dövlət Həbsxanasına köçürülüb. Həmin gün onun ailə üzvləri də zorla Zeytun RPŞ-nə aparılaraq səhər saat 07:00-dək orada saxlanılıb. Erməni KİV- lərinin yaydığı bilgiyə görə bu gün Albert Arstamyan sərbəst buraxılıb. Bu barədə bilgini “Sputnik Ermənistan”a Respublika İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan təsdiqləyib.
Qeyd edək ki, Baş nazir İrəvanın Kanaker-Zeytun inzibati rayonuna gələn zaman yerli sakin, Albert Arstamyan 9-cu mərtəbədəki mənzilinin pəncərəsindən ona tərəf alma atıb. N.Paşinyan və komandası isə bunun qumbara olduğunu zənn edərək yerə uzanıb. Bundan sonra həmin şəxs saxlanılıb. Arstamyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 297-ci yəni, xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. O, azadlığa buraxılsa da, barəsində açılan iş davam edir. Qeyd edək ki, Arstamyan əvvəllər Qarabağda yaşayıb və 2022- ci ildə öz xoşu ilə İrəvana köçüb.