PAŞİNYAN, KÖÇARYAN VƏ SARKİSYANI İFŞA ETDİ

Nikol Paşinyanın Qarabağ məsələsinə digər ermənilərdən daha konstruktiv yanaşması bir müddətdir müxalifətin ona qarşı mitinqlər başlatmasına səbəb olmuşdur. Sadə ermənilərin fəlakətinə yol açan bu düşüncəyə sahib, bir qrup daha dəqiq desək Köçaryan, Sarkisyan cütlüyü baş naziri satqınlıqda ittiham edirdi. Lakin Paşinyan ötən gün Parlamentdə çıxışı zamanı bütün reallıqları etiraf edərək, bu cütlüyü ifşa etdi. Bildirdi ki, Azərbaycanın Beynəlxalq hüquq çərçivəsində tanınan sərhədlərini vaxtilə elə Köçaryan və Sarkisyan da təsdiqləyib. Qarabağın Azərbaycana məxsus olması reallığını inkar etmiyiblər.Ekspertlərin fikrincə ermənilər qəbul etsələr də, etməsələr də Azərbaycanın istəklərinə boyun əyməkdən başqa yolları yoxdur.