PANDEMİYANIN İQTİSADİYYATA VURDUĞU GÜNDƏLİK ZİYAN AÇIQLANIB

“Şəxsi gigiyena qaydalarına əməl olunması, "sosial məsafə"nin qorunması həlledici amildir.” Bu sözləri Nazir Mikayıl Cabbarov brifinq zamanı açıqlamasında bildirib.

Əlavə dəstək tədbirlərinə ehtiyac olduğu təqdirdə bu barədə müvafiq təhlillər həyata keçiriləcək. Koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına böyük məbləğdə ziyan vurub. Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar 21 432 vergi ödəyicisinə 38 mln manata yaxın ödəniş edilib. Nazir çıxışında bildirib ki, Pandemiyadan zərər çəkənlərin qeyri-neft sektorunda payı 46,4%-dir.