Pandemiyadan zərər çəkən sahibkarlara dövlət tərəfindən dəstək göstəriləcək

Sahibkarlara əmək ödənişləri ilə bağlı dəstək proqramı dedikdə, (Covid-19 )pandemiyasından zərər çəkmiş iqtisadi sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işçilərinin rəsmi əməkhaqqı və sosial sığorta ödəmələrinin dövlət tərəfindən aprel və may aylarında kompensasiyası nəzərdə tutulur.

İşçilərin sayı aprel ayının 1-nə kimi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyata salınmış işçilərin sayına uyğun müəyyən edilir:Belə ki, İşçinin əməkhaqqısı 712 manata qədərdirsə, onda əməkhaqqının 100 %-i dövlət tərəfindən təmin edilir.Əgər işçinin əməkhaqqısı 712 manatdan yuxarıdırsa, o zaman, işçiyə dövlət tərəfindən veriləcək maksimum əmək haqqı 712 manat müəyyən edilir.Dövlət pandemiyadan əziyyət çəkmiş sahələrin, o cümlədən,yerləşdirmə (hotel, hostel və s. səyahət agentlikləri və tur operator fəaliyyəti) üzrə sahibkarlıq subyektlərinin əmək müqaviləsi ilə işə götürdüyü işçilərin əmək ödənişlərinə də dəstək göstərəcək.Bu barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə müsahibəsində bildirib. Kənan Quluzadə həmçinin onu da qeyd edib ki, koronavirus infeksiyasından zərər çəkən sahibkarlara dövlət tərəfindən bir sıra vergi güzəştləri də tətbiq olunacaq Agentlik rəsmisi bildirib ki, əmək ödənişləri ilə bağlı dəstək proqramına müraciət etmək üçün sahibkarlıq subyektləri www.e-taxes.gov.az saytına daxil olmalıdırlar. Pandemiya dövründə iş yerlərini 1 mart tarixinə kimi ixtisar edən sahibkarlıq subyektləri bu dəstək paketindən faydalana bilməyəcəklər.