PANDEMİYADAN SONRA START-UP LAYİHƏLƏRİN ÖNƏMİ

Sərhədlərin, istehsal müəssələrin, təhsil idarələrinin , ticarət mərkəzlərin bağlanması ölkələrin iqtisadiyyatında bir durğunluq gətirdi.

Koronavirus infeksiyasının kütləvi şəkildə qarşısını almaq məqsədi ilə hər kəs evdə çalışmaq və təhsil almaq məcburiyyətində qaldı. Infeksiyanın yayıldığı bütün ölkələr artıq işlərini dijital mediya üzərindən qurmağa məcbur oldular. Və bu da dövrümüzdə start up layihələrin nə qədər önəmli olduğunu diqqətə çatdırdı. İqtisadiyyatın bir qolu ziyana uğradığı halda bir tərəfi isə inkişaf edir. Almaniyada yaşayan həm yerlimiz Fridrix Şiller Yena Universitetinin tədqiqatçı iqtisadçısı Təhmasib Əlizadə ilə pandemiya dövründən sonra start-upların iqtisadiyyatda rolu barəsində soruşduq.Müsahibimizin dediyinə görə hələ 2010-cu ildən bəri əsas müzakirə məsələlərindən biri də dijital çağa keçid və start-up layihələrin inkişaf etdirilməsi olub. Pandemiya dönəmi isə bu məsələləri bir az da sürətləndirib.