2019-2020-ci il üçün ötən ilin 1 iyun tarixindən açılan ov mövsümü mart ayının 7-də rəsmi olaraq bitəcək. Həmin tarixdən sonra ov icazələrinin verilməsi dayandırılacaq.Növbəti ov mövsümünədək ovçuluq fəaliyyəti ilə məşğul olmaq qadağandır.
H.Əlizadə bildirib ki, ötən illərlə müqayisədə 2019-cu ildə ov icazəsi üçün daha çox lisenziya ayrılıb. Buna səbəb müraciətlərin çoxluğu olub: “Müraciətlər əsasən orta yaşın nümayəndələri tərəfindən qeydə alınır. Statistikaya görə, gənclər ova meyil etmirlər. 35-40 və daha yuxarı yaşlı təbəqənin nümayəndələri ovçuluq fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edirlər. Onu da qeyd edim ki, az sayda da olsa ovçu qadınlarımız da var” deyə Hikmət Əlizadə vurğulayıb. Diqqətinizə çatdıraq ki, Azərbaycanda ov turizimi ilə 1963 ildən məşğul olunmağa başlanılıb. Son illərdə isə bu sahəyə maraq daha da artıb. Azərbaycanda daha çox Çöl donuzu,dovşan, bataqlıq qunduzu,qaz, qaşqaldaq, alabaxta ,bildirçin ovlanmasına icazə verilir.