Otlar vasitəsilə müalicə elmə hələ qədimdən məlumdur. Amma bu işlə kortəbii olaraq məşğul olmaq sağlamlığa ciddi zərər vura bilər. Çünki faydalı bilib hər gün içdiyiniz bitki çayı başqa
tərəfdən sizə ziyan olacaq. Buna görə də əvvəlcə araşdırmağınız məsləhətdir. Nanə çayı bir sıra xeyirli xüsusiyyətlərə malik çox ləzzətli içkidir. Bu çay sakitləşdiricidir, iltihabı və ağrını aradan qaldırır. Habelə nanə çayının buxarı ilə nəfəs almaq burun tıxanıqlığını aradan qaldırır və sinusları açır. Boğaz qurumasına qarşı çox yaxşı təsir göstərir. Köpmənin qarşısını alır, öd daşlarını təmizləyir, mədə bulantısını götürür
Lakin, bütün bunlarla yanaşı nanə çayının zərərləri də az deyil. Belə ki, nanə mədə yanmasına səbəb ola bilər. Bu bitki qan təzyiqini normallaşdırmır, əksinə aşağı salır. Buna görə də aşağı təzyiqli insanlar üçün çox təhlükəlidir. Nanəli çayı həmçinin hamiləlik dövründə içmək olmaz. Belə ki, nanəli çay dölün inkişafına mənfi təsir görstərə bilər - xüsusilə bu oğlan uşağıdırsa.
Bir sözlə, nanə çayının faydaları həddindən artıq çox olsada, ancaq zərərli tərəfləri də az deyil. Qeyd edək ki, bu bitkini tək, həmçinin qara və ya yaşıl çayla birgə, hətta digər birkilərlə də dəmləmək olar.