Otel biznesi üzrə ekspertlər turizm mərkəzlərində müsafirlərin otel əməkdaşlarının xoşuna gəlməyən davranışları ilə bağlı yanlışları göstəriblər. Ekspertlərin fikrincə bu səhvlərin ən birincisinin oteldə xalatla gəzməkdir.
Etik qaydalarauyğun olaraq turistlər bu geyimdən yalnız öz otaqlarında, SPA proseduralarında və hovuza gedərkən istifadə edə bilərlər. Digər hallarda xalat geyinmək uyğun deyil. Turistlərin davranışında ikinci xoşagəlməz hal birbaşa otelə gələrək nömrə tələb edilməsidir. Otel sahibləri qeyd edirlər ki, onların ən azı bir gün əvvəl otaq sifariş etmələri daha məqsədəuyğundur. Belə olan halda otağın təmizlənməsi üçün foyedə gözləmək lazım gəlir. Otel əməkdaşlarını narahat edən digər amil resepsionda yersiz olaraq stolüstü zəngə basılmasıdır. Onların sözlərinə görə, bu, personalı narahat edir və pis davranış göstəricisidir. Bundan başqa, turistlərə qeydiyyat zonasında izdiham yaratmaq məsləhət görülmür. Onların öz növbəsini foyedəki kreslolarda gözləməsi daha məqsədəuyğundur. Otel əməkdaşları adi nəzakət qaydalarını da xatırladırlar. Onlar ailəli müsafirlərə məsləhət görürlər ki, başqa qonaqları narahat etməmək üçün uşaqların səs-küy salmasına imkan verməsinlər. Yaşlı turistlərə isə ucadan danışmamaq və öz aralarında, yaxud telefonda söhbət edərkən təhqiramiz sözlərdən istifadə etməmək tövsiyə edilir. Bundan başqa, hovuzların kənarında çoxlu miqdarda spirtli içkilər qəbul etmək də məsləhət görülmür. Sonda onu da qeyd edək ki, turistlərə otellərə giriş zamanı davranış qaydalarını diqqətlə oxumaq məsləhət görülür.