ORDUMUZUN LAÇIN ŞƏHƏRİ, ZABUX VƏ SUS KƏNDLƏRİNƏ GİRMƏ ANI
Baxış sayı: 423
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ordumuzun bölmələrinin Laçın şəhəri, Zabux və Sus kəndlərinə daxil olmasının növbəti videogörüntülərini yayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb. Bu barədə Müdafiə Nazirliyi bilgi yayıb. Bilgidə bildirilib ki, hazırda qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir. Qafqaz TV Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla Ordumuzun bölmələrinin Laçın şəhəri, Zabux və Sus kəndlərinə daxil olmasının görüntülərini təqdim edir.