Erməni mediası guya Azərbaycan Ordusunun əsgərlərinin Göyçə mahalının Zod kəndinə girməsi barədə iddia yayıb.“Hraparak” “öz mənbəsinə istinadla” Azərbaycan əsgərlərinin
31 dekabr 2023-cü il saat 22:00-dan 1 yanvar 2024-cü il səhərə qədər Zod kəndi istiqamətində erməni hədəflərini atəşə tutduğunu, “xoşbəxtlikdən” heç bir itki olmadığını iddia edib. Hətta Azərbaycanlı əsgərləri Zod mədəninin tualetinə girərək, “ermənilər üçün” siqaretlər qoyduğunu və təhqiramiz sözlər yazdığını da bildirib. Hərbi mənbələrdən əldə etdiyimiz bilgidə isə qeyd edilib ki, bu, tamamilə yalan, sülh sazişi ilə bağlı danışıqların sürətləndiyi indiki mərhələdə Ermənistan müxalifətinə bağlı media qurumlarının uydurduğu və daxili auditoriyanı çaşdırmağa istiqamətlənən feykdir. Mənbə həmçinin vurğulayıb ki, artıq aylardır sərhəddə heç bir gərginlik yaşanmır və görünür, bu sakitlik və müsbət notlar kimlərisə narahat edir.Xatırladaq ki, erməni nəşri də Ermənistan Müdafiə Nazirliyinə sorğu verdiyini, ancaq təsdiq ala bilmədiyini yazmaqla, bilginin feyk olduğunu dolayısı ilə təsdiqləyib.
#Azərbaycan #Göyçə #Zod #Azərbaycanəsgəri #Ermənistan