Ordumuz keçmiş Ağdərə rayonunun (hazırda Kəlbəcər rayonuna aid) Çərəkdar kəndinə daxil olub.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı qərarı ilə ləğv edilən Ağdərə rayonuna aid Çərəkdar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilib. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu.