Əksəriyyət kitab oxumağın insanı ağıllı etdiyini, amma eyni zamanda çox kitab oxumağın sosial əlaqələrə mənfi təsir etdiyini düşünürlər.Yeni tədqiqat bunun həqiqət olmadığını aşkar edib.
Faktiki olaraq, oxumaq insanı daha mərhəmətli, empatiyalı edə bilər.Həmçinin o, insanı sosial baxımdan qəbul görən davranışlar sərgiləməyə istiqamətləndirə bilər. London Kinqston Universitetinin apardığı tədqiqat işində 124 respondent iştirak edib.İştirakçılara üstün tutduqları kitablar, televiziya verilişləri və tamaşalarla bağlı suallar verilib.Onlara həmçinin şəxslərarası münasibətlərinə, başqa insanların hisslərini nəzərə alıb-almadıqlarına və başqalarına kömək edib-etmədiklərinə dair test verilib. Məlum olub ki, televiziyaya baxmağı üstün tutanlar daha az dostcanlıdırlar və başqalarının fikirlərini daha az başa düşürlər.Bununla belə, heç də bütün kitabların eyni təsirdə olmadığı məlum olub.Tədqiqat göstərib ki, oxuduğun ədəbiyyat növünün də sənin emosional intellektinə böyük təsiri var.Xüsusilə tədqiqat aşkarlayıb ki, bədii ədəbiyyat pərəstişkarları daha pozitiv davranışlara malikdirlər,ən empatiyalı olanların drama və romantik roman oxucuları olduqları məlum olub. Müvafiq olaraq, eksperimental kitab oxucularının hadisələrə başqa perspektivdən baxa bildikləri, yumoristik kitab oxucularının isə başqalarıyla münasibətdə çox yaxşı olduqları müəyyən edilib.Hərçənd araşdırmanın səbəb-nəticə əlaqəsini sübut etmədiyini də mütləq nəzərə almaq lazımdır.Çox ola bilsin ki, yaxşı insanlar kitab oxumağa daha çox meyillidirilər.Bütün hallarda oxumaq və öyrənmək lazımdı ki, tarixdə izimiz qalsın.