NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİSİ DAVAM EDİR

Bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar parlament seçkisi keçirilir. 59 saylı Quba və 60 saylı Quba-Qusar Dairə Seçki Komissiyalarının saat 17:00-a olan bilgisinə görə, artıq 35 faizə yaxın seçici səsvermədə iştirak edib.Yerli müşahidəçilərin sözlərinə görə seçicilər və müşahidəçilər üçün lazımı şəraitin yaradıldığı seçki məntəqələrində bu saata qədər heç bir qanun pozuntusu qeydə alınmayıb. Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilir. 59 saylı Quba və 60 saylı Quba-Qusar Dairə Seçki Komissiyaları üzrə deputat mandatı uğrunda 17 namizəd mübarizə aparır. Seçki saat 08:00-da başlayıb və saat 19:00-a qədər davam edir. Hər iki məntəqə üzrə seçicilərin ümumi sayı 104 min 105 nəfərdir.