NİZAMİ GƏNCƏVİ VƏ ƏLİŞİR NƏVAİ YARADICILIĞINA HƏSR EDİLMİŞ MONOQRAFİYANIN TƏQDİMATI OLUB
Baxış sayı: 555
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, hər iki ölkənin mədəniyyət nazirliklərinin dəstəyi ilə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Daşkənddəki Özbək Dili və Ədəbiyyatı Universitetində professor Şuxrat Siracəddinov və dosent Gülbahar Aşurovanın “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığında Türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyasının təqdimat mərasimi olub.