Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Quba Rayon İcra
Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq ötən gün Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərindəki Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkının ərazidə təmizlik və abadlıq işləri aparılmış, yaşıllıqlar suvarılmış, ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd olunan il çərçivəsində təşkil edilən növbəti aksiyada Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və əməkdaşları, həmçinin “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat birliyinin kollektivi iştirak etmişdir.
Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.