NEÇƏ ÖLKƏNIN VƏTƏNDAŞLARININ HAVA NƏQLİYYATI ILƏ AZƏRBAYCANA GİRİŞ-ÇIXIŞINA İCAZƏ VERİLİR ?

Vaksinasiyanın əhatəlilik dairəsinin daha geniş olduğu ölkələrdə epidemioloji vəziyyətin davamlı surətdə yaxşılaşdığı nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına dəyişiklik edilib. Dəyişikliyə əsasən, 2021-ci il avqustun 5-dən etibarən əlavə olaraq Almaniya Federativ Respublikası, Avstriya Respublikası,Belçika Krallığı,Çex Respublikası, Danimarka Krallığı,İrlandiya Respublikası, İspaniya Krallığı,İsveç Krallığı;İsveçrə Konfederasiyası;Kanada;Lüksemburq Böyük Hersoqluğu;Malta Respublikası;Niderland Krallığı;Polşa Respublikası;Portuqaliya Respublikası; Serbiya Respublikası;Sinqapur Respublikası;Slovakiya Respublikası;Sloveniya Respublikası;Yunanıstan Respublikası vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin də Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir: Bu qərar həmin ölkələrdə davamlı vaksinasiyanın həyata keçirilməsi və pandemiya ilə mübarizənin qənaətbəxş olması ilə əlaqəlidir.