NEPALDA MİLLİ MƏTBƏXİMİZİ TƏBLİĞ EDƏN QUBALI GƏNCİ TANIMAQ İSTƏYİRSİNİZMİ ?

Milli Mətbəximiz Everest zirvəsinə gələn turistlərə tanıdılır.Nepalda çalışan Azərbaycanlı gənc hazırladığı yeməklərlə müştərilərinin sevimlisinə çevrilib.Bu gəncin kim olduğunu Qafqaz tv -dən biləcəksiniz.

Öncə sizi Nepal Respublikası ilə bağlı qısa bilgi ilə tanış edim.Güney asiyada Çin və Hindistan arasında yerləşən ölkənin sərhədləri daxilində dünyanın ən böyük zirvəsi Məşhur Everest zirvəsi yerləşir.Ölkənin 80 faizini hindular təşkil edir. Nepalda çox sayda etnik qrup var.Nepalın paytaxtı Katmandudur və uzun müddətdir paytaxtda baş aşbaz kimi çalışan həmyerlimiz Elsəvər Ömərov, hazırladığı dadlı azərbaycan mətbəxindən olan yeməkləri ilə müştərilərinin sevimlisinə çevirilib.23 yaşlı bu gənc Kathmanduda yerləşən Metropol restoranının baş aşpazı kimi uzun müddətdir çalışır. O,Azərbaycan milli mətbəxi və ənənələrini qoruyub saxlayaraq Nepala gələn turistlərə milli mətbəximizi nümayiş etdirir.Maraqlıdır o müştərilərə daha çox milli mətbəximizin hansı yeməklərini təqdim edir? Müsahibimizlə Nepaldan birbaşa olraq görüntülü söhbətimiz zamanı bu suallara ətraflı cavab aldıq. Onu qeyd edək ki,Elsəvər Ömərov Quba rayonun 2-ci nügədi kəndində doğulub və bu sahəyə marağı uşaqlıqdan olub.O, Rusiya,Türkiyə, Dubay kimi ölkələrin məhşur restoranlarında da chef kimi çalışıb.Müsahibimizin ən böyük arzusu MİCHELİN ulduzuna sahib olmaqdır.