NAZİRLİK RƏSMİSİ: “ERMƏNİLƏR 1400 İLLİK AĞACLARI MƏHV EDİB”

Səfərin məqsədi işğal dövründə Füzuli və Xocavənd rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, təbii sərvətlərə, təbiət abidələrinə baxış keçirmək və ictimaiyyətə törədilən ekoloji terroru tanıtmaqdır. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, bu ərazilərdə 14 çay, 9 su anbarı mövcuddur: Nazir müavini qeyd edib ki, peyk təsvirlərinə əsasən, işğal dövründə 57 hektar meşə sahəsinin məhv edildiyi müəyyən olunub: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib ki, təbiət abidələri sırasında hətta 1400 ilə qədər yaşı olan ağaclar olub: Kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Füzuli rayonun Dövlətyarlı kəndində istismar olunmuş “Dövlətyarlı mişar daşı” yatağına baxış keçirib. Jurnalistlər əraziyə baxış keçirib, burada erməni vandalizminin şahidi olub. İşğaldan azad olunan ərazilərdə 167 ədəd qeyri-filiz və inşaat materialları qeydə alınıb. Daha sonra, media nümayəndələri işğaldan azad edilmiş Füzuli rayonunda "Köndələnçay-1" su anbarını və Qaraməmmədli kəndini də ziyarət ediblər. Burada jurnalistlər "Köndələnçay -1" su anbarına balıq buraxıblar, daha sonra isə Qaraməmmədli kəndində ağacəkmə mərasimində iştirak ediblər. Jurnalistlər Xocavənd rayonunun Azıx kəndində olublar, Azıx mağarasını ziyarət ediblər. Xocavənd rayonu işğal olunandan sonra ermənilər tərəfindən mağarada qeyri-qanuni arxeoloji qazıntılar aparılıb və burada müəyyən olunan arxeoloji nümunələr xarici ölkələrə daşınıb. Sonra işğaldan azad edilmiş Xocavənd rayonun Hadrut qəsəbəsini ziyarət ediblər. Jurnalistlər burada olan şəraitlə tanış olub, yaşı 900 dən çox Şərq çinarına baxış keçiriblər. Bununla da jurnalistlərin Füzuli və Xocavənd rayonlarına səfəri başa çatıb.