NAXÇIVANLA SƏRHƏDDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 2 921 nəfər həyatını itirib, 15 834 nəfər yaralanıb. Dağıntılar altından 7840 nəfər çıxarılıb. Zəlzələlər Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub. Yeraltı təkanlar 6 217 binanı dağıdıb.7,7 bal gücündə zəlzələdən sonra ən böyüyü 6,6 bal gücündə olmaqla 183 afterşoklar olub. Habelə zəlzələ Azərbaycanın Naxçıvan MR -ı ilə həmsərhəd olan İğdır şəhərində də baş verib ki, bunun da fəsadları daha ağır ola bilər. Belə ki, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal hesab edir ki, İğdırda baş verən zəlzələ 6,7,8 bal gücündə olsaydı böyük bir fəlakət olardı. İğdırın mərkəzindən 15 km, sərhəd kəndlərdən 100-200 metr məsafədə Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyası partlamağa hazır elə bir bombadır ki, bir zəlzələdə bölgə yerlə bir olar. Qeyd edək ki, Zəlzələ baş verən ərazilərdə fövqəladə vəziyyət elan edilib, 4-cü səviyyəli həyəcan siqnalı verilib. Bundan əvvəl 2 379 nəfərin həlak olduğu bildirilib.