NAXÇIVAN QAPILARINI DÜNYAYA AÇIR
Baxış sayı: 773
Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin dəstəyi ilə "Nuh diyarı - Naxçıvan" infoturu başlayıb. İnfotur çərçivəsində Azərbaycanı, Türkiyə və İranı təmsil edən turizm şirkətləri və media nümayəndələri Naxçıvana gəliblər.İnfoturun ilk günündə iştirakçılar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüb, ulu öndərimizin xatirəsinə ehtiramlarını bildiriblər.Naxçıvan Biznes Mərkəzində muxtar respublikamızda mövcud olan biznes mühiti, istehsal olunan məhsullar barədə qonaqlara ətraflı məlumat verilib. Naxçıvanda daxili tələbatı ödəyən yerli məhsulların istehsalı və sənətkarlıq nümunələri qonaqlarda xüsusi maraq oyadıb.