MƏŞHUR KULİNAR 60 MİN AVROLUQ QRANT QAZANDI

Qusarda yaşayan peşəkar kulinar Fərhad Aşurbəylinin hazırladığı proyekt BMT İnkişaf Proqramının müsabiqəsinin qalibi olub. Onun müsabiqədə qazandığı qrantın dəyəri 60.000 avro təşkil edir. Bu vəsait Çiləgir və Urva kəndlərində turizmin inkişafına, turizm məlumat mərkəzinin yaradılmasına, kiçik və orta biznesin dəstəyinə yönəldiləcək. Sinxron - Fərhad Aşurbəylinin sözlərinə görə bu vəsait gələcək altı ay ərzində “Çiləgir” turizm brendinin ərsəyə gətirilməsi və onun turizm bazarına çıxarılmasına köməklik göstərəcək. Sinxron - Onu da qeyd edək ki,Proyekt Qusar rayonu Urva bələdiyyəsinin əməkdaşlığı ilə ərsəyə gətirilib.