MƏHDUDİYYƏTLİ İNSANLARIN İDARƏ ETDİYİ ROBOT OFİSİANTLAR İŞƏ BAŞLAYIB.

 Dünyada milyonlarla iflic insan var ki onlar işsizdir. "Ory Lab" adlanan yapon startapı məhdudiyyətli insanların işləməsi üçün qeyri-adi bir ideya irəli sürüb

 Startap iflic insanların uzaqdan idarə etdiyi "OriHime-D" robotlarını yaradıb. Hazırda Yaponiyadakı kafelərdən birində robotların 2 həftəlik sınağı həyata keçirilir.Hərəkət məhdudiyyəti olan insanların idarə etdiyi bu robot ofisiantlar Tokioda işləyirlər. Robot idarəçiləri saatda 9 dollar əməkhaqqı alırlar ki, bu da Yaponiyada ofisiantlara verilən standart əməkhaqqına bərabərdir. İdarəçilər hətta əllərini deyil, təkcə gözlərini tərpədə bilsələr belə, yenə də robotun hərəkətlərini yönəldə, müştərilərlə danışa, müşahidə edə bilirlər.Robotlara yatağa məhkum insanların göz hərəkətlərini izləyən kompüter nəzarət edir. Startap yaradıcıları bu ideyanı həyata keçirməklə, məhdudiyyətli insanların müstəqillik əldə edəcəyinə,gəlir əldə edəcəklərinə ümid edirlər.