Növbəti tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydalarına edilmiş dəyişikliyə əsasən test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim stratergiyaları və metodika üzrə 20 ümumilikdə isə 60 test tapşırığı təqdim olunacaq.
İmtahan proqramına məntiq üzrə test tapşırıqları daxil edilməyəcək.Qeyd edək ki, "Təhsil haqqında”Azərbaycan Respublikası Qanununa edilmiş əlavələrə əsasən dövlət ümumtəhsil və peşə təhsil müəssisələrində çalışan müəllimlər 2020-ci ildən başlayaraq sertifikatlaşdırmadan keçəcəklər. Müəllimləri işə qəbul müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq. Sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından qaydalara sözügedən dəyişiklik edilib.