MÜŞTƏRİ ALIŞ-VERİŞ ÜÇÜN NİYƏ SƏDƏRƏYİ SEÇİR?
Baxış sayı: 12
Heç kimə sirr deyil ki, Sədərək Ticarət Mərkəzi paytaxt Bakının ən iri və ən çox ziyarət edilən ticarət məkanlarından biridir. 1993-cü ildən fəaliyyət göstərən bu mərkəz illər ərzində formalaşdırdığı geniş ticarət şəbəkəsi və müxtəlif ölkələrin fabrik və istehsalçıları ilə qurduğu əlaqələr sayəsində bazarda xüsusi mövqe qazanıb. Türkiyə, Çin, Rusiya, İran və Avropa ölkələri ilə qurulan işgüzar əlaqələr məhsul çeşidinin genişliyinə və qiymətlərin əlçatan olmasına birbaşa təsir göstərir. İllərdir formalaşmış ticarət ənənəsi ilə seçilən bu mərkəz, bu gün də həm Bakı sakinlərinin, həm də regionlardan gələn alıcıların əsas alış-veriş ünvanlarından biri olaraq qalmaqdadır. Burada müştəriyə təklif olunan məhsullar çeşid sayına görə sözün əsl mənasında digər alış-veriş məkanlarından daha çoxdur . Alıcılar iynə-sap kimi ən xırda məişət ləvazimatlarından başlayaraq iri məişət avadanlıqlarına qədər hər şeyi bir məkanda tapa bilirlər. Qadın, kişi və uşaq geyimləri, mebel, parfümeriya və hədiyyəlik məhsullar, çilçıraqlar və interyer aksesuarları alıcıya geniş seçimdə təqdim olunur. Eyni zamanda təsərrüfat malları, xalça və pərdələr, ayaqqabılar, papaqlar, münasib qiymətə paltolar, bahalı şubalar və dəri məmulatları, uşaq oyuncaqları, hətta avtomobil ehtiyat hissələrini belə bu nəhəng ticarət məkanından əldə edə bilərsiz.
