MÜSTƏQİLLİYİN BƏRPASINDAN 31 İL ÖTÜR

Bu gün Azərbyaycanda Müstəqilliyin Bərpası Günüdür. 1991 – ci il oktyabrın 18 – də Ali Sovet Azərbaycan respublikasının dövlət müstəqilliyi haqqında konistitusiya aktını qəbul edib. Bu il Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 31 – ci ili tamam olulur. Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub. 1991 – ci ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Xatırladaq ki, Azərbaycan Parlamentinin 15 oktyabr 2021 – ci il tarixli plenar iclasında Müstəqillik Günü haqqında yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən Müstəqillik Günü haqqında qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 18 oktyabr Dövlət Müstəqillik gününün adı dəyişdirilərək, Müstəqilliyin Bərpası Günü elan edilib.