MÜSTƏQİLLİK ƏN BÖYÜK SƏRVƏTİMİZDİR

Bu gün Azərbaycanın Milli bayramı Müstəqillik Günü qeyd olunur. 104 il əvvəl şərqdə ilk Demokratik Respublika qurulub. 1918- ci ilin mayın 28- də Azərbaycan Xalq Cumurhiyyətinin yaradılması , ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil , azad , Demokratik Respublikla qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cumurhiyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şürunu özünə qaytardı. Onun öz müqərəatını təyin etməyə qadir olduğunu nümaiş etdirdi. 1918- ci ilin mayın 28- də qəbul edilən “ İstiqlal “ bəyannaməsindən də göründüyü kimi bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib. Azərbaycan Xalq Cümurhiyyətinin qurulması 28 may 1918- ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Azərbaycan Xalq cumurhiyyəti dövründə qaldırılan üç rəngli bayrağımız artıq Şuşada , Laçında, Kəlbəcərdə , Cəbrayılda , Qubadlıda Ağdamda , Zəngilanda , Füzulidə ümumilikdə bütün Qarabağda dalğalanır. 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun qəhrəman hərbiçiləri öz cəsarəti ilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə buna nail oldular.