MÜSTƏQİL AQRAR SIĞORTA EKSPERTLƏRİ

Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqi prosesində növbəti mühüm addım atılıb.ilk dəfə olaraq ölkədə müstəqil aqrar sığorta ekspertləri fəaliyyətə başlayırlar.Qeyd edək ki, Azərbaycanda Türkiyənin TARSİM sisteminin təcrübəsindən yararlanaraq yaradılan aqrar sığorta mexanizmində müstəqil aqrar sığorta ekspertləri mühüm vəzifəni yerinə yetirir.Ekspertlər sığortalanma zamanı təsərrüfatın vəziyyətini müəyyən edir və sığorta risklərini qiymətləndirirlər. Sığorta hadisəsi baş verdikdə isə hadisənin araşdırılması və dəyən zərərin hesablanması da müstəqil sığorta ekspertlərinin vəzifəsinə daxildir.Nəticədə ilk dəfə olaraq sığorta riskləri və sığorta hadisəsi zamanı dəyən zərər müstəqil mütəxəssislər tərəfindən qiymətləndiriləcək.Müstəqil aqrar sığorta eksperti seçilmək üçün ölkədə fəaliyyət göstərən baytar, aqronom və digər əlaqəli ixtisasların sahibləri müraciət ediblər. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi 2 test imtahanında uğurla iştirak edən və Aqrar Sığorta Fondunun təşkil etdiyi təlimlərdən keçən şəxslər müvafiq sertifikat alaraq fəaliyyətə başlayacaqlar.Hazırda 14 mütəxəssisin (9-u heyvandarlıq, 4-ü bitkiçilik) aqrar sığorta eksperti kimi fəaliyyətə başlaması nəzərdə tutulur. Gələcəkdə onların sayının artması və bütün ölkə ərazisini əhatə etməsi nəzərdə tutulur.Müstəqil aqrar sığorta eksperti xidməti ödənişlidir. Belə ki, ekspertlərin həyata keçirdiyi xidmətlərə görə Aqrar Sığorta Fondu tərəfindən xidmət haqqı ödənilir. Bundan başqa, ekspertlərin təsərrüfatlara səfəri zamanı yol xərci də Fond tərəfindən qarşılanır. Başqa sözlə, ekspertin fəaliyyəti üçün fermerlər tərəfindən əlavə xərclər tələb olunmur.