Bu gün səhər saatlarında Ukrayna ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə Moskvadakı obyektlərə hücum cəhdləri olub. Bilgini Rusiya Müdafiə Nazirliyi də
təsdiqləyib. “Pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib və paytaxtın Krasnopresnenski sahilyanı ərazisinə düşüb”, - bilgidə qeyd olunur. Zərərsizləşdirilən digər PUA-nın qalıqları isə “Eksposentr” adlandırılan əraziyə düşüb. İlkin bilgiyə görə, zərərçəkən yoxdur. Şəhərin fövqəladə hallar xidmətləri hadisə yerində işləyir. Eyni zamanda, Moskvada fəaliyyət göstərən aviasiya xidmətlərinin verdiyi bilgiyə görə, dron hücumları nəticəsində Vnukovo hava limanı ərazisində hava məkanı bağlanıb, uçuşlar və enişlər təxirə salınıb.
{youtube}-y43nnGomB0{/youtube]